“Azərişıq” ASC-də 8 rəis işdən vəzifələrindən azad olundu

15:56 - 10.11.2021


10 noyabr, Fineko/abc.az .“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun əmri ilə Bakı şəhərinin rayon və qəsəbələri üzrə 8 rəis tutduğu vəzifədən azad olunub.

ABC.AZ-ın məlumatına görə, bu barədə ASC-dən bildirilib.

Qeyd olunub ki, yerdəyişmələrin aparılmasında başlıca məqsəd abonentlərin daha dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təchizatını təmin etmək, habelə enerji satış işinin təkmilləşdirilməsində maksimum effektivliyə nail olmaqdır.
Belə ki, bəzi məsul əməkdaşların xidməti ərazilərinin dəyişdirilməsi ilə iş funksiyalarının icrasında yeni abu-hava yaradılması məqsədə müvafiq sayılıb.

Bütün xəbərlər