Bir gündə neçə nəfər peyvənd olub?

17:00 - 10.11.2021


10 noyabr, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 403 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 086, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 998 təşkil edib. "Buster" doza üzrə vaksinasiya olunanların sayı isə 6 319 nəfərdir.
Bütün xəbərlər