Aİ bu iki şirkətə sanksiya tətbiq edə bilər

11:02 - 11.11.2021


11 noyabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Belarus-Polşa sərhədindəki miqrasiya böhranına cavab olaraq "Türk Hava Yolları" və "Aeroflot" şirkətinə qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.

ABC.AZ-ın məlumatına görə, Belorusa qarşı beşinci tədbirlər paketi çərçivəsində Rusiyanın ən böyük aviadaşıyıcısı Aeroflot, Türkiyənin Türk Hava Yolları və Belarusun Belavia şirkətləri sanksiyalara məruz qala bilər. 
Sanksiyaların dekabrdan tətbiq olunacağı ehtimal edilir. Avropa İttifaqının 27 ölkəsinin səfirləri bağlı qapılar arxasında görüş keçiriblər və orada qərara alınıb ki, Belorusun Yaxın Şərqdən qaçqın axınını stimullaşdırmaq siyasəti "hibrid hücum"dur.

Bütün xəbərlər