On ayda bu ödənişlərə 4 milyard manatdan çox vəsait xərclənib

11:53 - 11.11.2021


11 noyabr, Fineko/abc.az. Bu ilin 10 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ötən ilin eyni dövrünə nisbətən 166,5 mln. manat çox olmaqla 4 mlrd. 949 mln. manat vəsait ödənilib.

ABC.AZ-ın məlumatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 949 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,5% və ya 166,5 mln. manat çoxdur. Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib.

Bütün xəbərlər