Hazırda bizdəki tariflər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır - Nazir

15:38 - 11.11.2021


11 noyabr, Fineko/abc.az. Dünya bazarlarında neftin qiymətinin bahalaşması fonunda Azərbaycandakı bahalaşmanın səbəblərini izah edib. 

ABC.AZ-ın Report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında Azərbaycanda elektrik enerjisinin, təbii qaz tariflərinin, bəzi məhsulların bahalaşmasından danışarkən bildirib.

"İlkin mərhələdə budcə proqnozlarıda neftin qiyməti aşağı səviyyədə tutulmuşdu. Ona görə də neft ucuzlaşanda biz tarifləri aşağı salmırdıq. Hazırda bizdəki tarıflər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır. Təbii qazın qiyməti baxın görün ki, dünyada hansı səviyyədədir, bizdə hansı səviyyədə”, - nazir bildirib.

Bütün xəbərlər