Lukaşenko Avropa İttifaqını xəbərdarlıq etdi

15:45 - 11.11.2021


11 noyabr, Fineko/abc.az.  Belorus Prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqını xəbərdarlıq edib.

ABC.AZ-ın məlumatına görə, Aleksandr Lukaşenko Aİ-ni Minskə qarş sanksiyalar tətbiq etməzdən qabaq bu ölkə ərazisindən keçən qaz kəməri və malların tranziti barədə düşünməyə çağırıb. 

"Polşa bizi sərhədləri bağlayacağı ilə qorxudur. Buyurun bağlayın, daha az adam ora qaçacaq. Onzusda məsələ bu deyil. Bəs biz Belarusdan tranziti bağlasaq? Ukraynadan bu keçmir, çünki bu ölkənin Rusiya ilə sərhəddi bağlıdır. Baltikyanı yollar yoxdur. Biz yolu polyaklar və almanlar üçün bağlasaq, onda nə olacaq? Biz öz suverenliyimizi və müstəqilliyimizi müdafiə edərkən heç nədə tərəddüd etməməliyik", -deyə Lukaşenko bildirib.

Bütün xəbərlər