İndiyə kimi neçə sahibkar cərimələnib?

17:32 - 11.11.2021


11 noyabr, Fineko/abc.az  Karantin qaydalarını pozuntusuna yol verən sahibkarlıq subyektlərinə 632 700 manat məbləğində inzibati cərimə tətbiq edilib. 

Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, ticarət obyektlərini əhatə edən növbəti monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial ara məsafəsinin gözlənilməsi halları yoxlanılıb.

Vergi orqanı əməkdaşları tərəfindən 17 774 təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 2 261 pozuntu halı müəyyən edilib ki, bunların da 626-sı vətəndaşların tibbi maskasız təsərrüfat subyektlərinə daxil olması, 1 635-i isə işçi heyətinin tibbi maskadan istifadə etməməsi ilə əlaqədar olub.

Bütün xəbərlər