Heyvanlar auksionda satılacaq - Azərbaycanda bir ilk

10:39 - 12.11.2021


12 noyabr, Fineko/abc.az . Azərbaycanda ilk dəfə olaraq müasir heyvandarlıq kompleksi istifadəyə veriləcək.

ABC.AZ xəbər verir ki, heyvandarlıq kompleksi sərgi salonundan, auksion mərkəzindən, ferma, sağım məntəqəsi, heyvanlara tibbi yardım məntəqəsi və s. funskional binalardan ibarətdir.

Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə olaraq auksion mərkəzində yerli damazlıq təsərrüfatlarda yetişdirilən heyvanlarla yanaşı, Avropadan gətirilən heyvanlar da satışa çıxarılacaq. Bu müasir kompleks cins heyvanların alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha əlçatan edəcək.

Açılış mərasimində Kənd təsərrüfatı nazirinin müavini iştirak edəcək.

Bütün xəbərlər