Baş həkim 23 min manatdan çox vəsaiti mənimsəyib

12:06 - 12.11.2021


12 noyabr, Fineko/abc.az. Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan ABC.AZ-a bildirilib ki, istintaqla Natiq Şükürovun qeyd olunan vəzifədə işləməklə Həkim-Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2018-2019-cu illərdə əlillik dərəcəsinin təyin edilməsi üçün müraciət etmiş 15 şəxsi sözügedən Komissiyada müayinədən keçirməyib.

Göndərişləri aidiyyəti qurumlara göndərərək həmin şəxslərə əlillik dərəcələrinin təyin edilməsinə və bununla da cəmi 23 min 400 manat məbləğdə pul vəsaitinin həmin şəxslərin bank kartı hesablarına köçürülməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Bütün xəbərlər