Ən çox bahalaşan qeyri-ərzaq məhsulları - Siyahı

15:06 - 12.11.2021


12 noyabr, Fineko/abc.az. 2021-ci ilin oktyabr ayında bahalaşan qeyri-ərzaq məhsullarının siyahısı açıqlanıb. Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma dəftərxana ləvazimatlarının, xalçaların, zərgərlik məmulatlarının, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, ucuzlaşma isə planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Müəllif: Elmir Murad
Bütün xəbərlər