Nazir pensiya fonundan danışdı - Pensiyalar 1 ay avansla ödənilir

17:28 - 12.11.2021


12 noyabr, Fineko/abc.az. Pensiya fondunun gəlirə çıxmasını istəyiriksə, bu, əlavə 1 milyard manat öhdəlik deməkdir.

ABC.AZ-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu, indiki prioritetlər baxımından vacib sayılmır. Onun sözlərinə görə, bu gün dövlətin qarşısında duran bu cür prioritetlərin qarşısında pensiya fondunun gəlirə çıxmasını vacib hesab etmirik. "Gələn il investisiya fəaliyyətinə keçməyi düşünürük. İnvestisiya fəaliyyətinə ehtiyatlarımızdan vəsait yönəltmək istəyirik. Biz pensiya ödənişlərini 1 ay avansla ödəyirik. Buna bizim formalaşmış ehtiyatlarımız imkan verir. Gələn il üçün bizim ehtiyatımızın 400-500 milyon manata çatacağını proqnozlaşdırırıq”.

Bütün xəbərlər