Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar artıb

10:17 - 15.11.2021


15 noyabr, Fineko/abc.az  Yanvar-oktyabr ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata əsasən, həmin dövr ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 362,4 milyon manat vergi daxil olub.

Bununla da proqnoza 122,4 faiz əməl edilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 15,8 faiz və ya 1 milyard manatdan çox artıb. Müəllif: Elmir Murad

Bütün xəbərlər