Qeyri-neft-qaz sektorundan vergi daxilolmalar nə qədər olub?

10:28 - 15.11.2021


15 noyabr, Fineko/abc.az. Cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 379,6 milyon manat olub.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bununla da proqnoza 115,9 faiz əməl edilib.

Dövlət büdcəsinə proqnozdan əlavə 736,5 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 12,9 faiz və ya 616,5 milyon manat artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər