10 ayda sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard manatı ötüb

15.11.2021,11:05


15 noyabr, Fineko/abc.az .Cari ilin yanvar-oktyabr aylarında  məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 115,9 milyon manat təşkil edib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artım deməkdir. 

Daxilolmalar üzrə proqnoz 292,1 milyon manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 1 milyard 986,9 milyon manat təşkil edib. Bununla da proqnoz 113,2 faiz icra olunub.