Azərbaycanın 3 qurumu bir gündə Türkiyə ilə 3 sənəd imzalayıb

15:34 - 15.11.2021


15 noyabr, Fineko/abc.azNoyabrın 15-də 25-ci Bakı Beynəlxalq Biznes Forumu çərçivəsində 3 sənəd imzalanıb.

ABC.AZ xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzinin sədri Eyup Vural Aydın arasında Dövlət-Özəl Tərəfdaşlığı üzrə Niyyət Protokolu imzalanıb.

Eyni zamanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı arasında birgə Yol xəritəsi imzalanıb.

Daha sonra Gənc Sahibkarlar Şəbəkəsi Assosiasiyasının sədri Xaliq İldırımzadə ilə Gənc MUSİAD-ın sədri Furkan Akbal arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bütün xəbərlər