Vəzifəli şəxslərə cinayət işi açıldı - İş məhkəməyə göndərildi

15:52 - 15.11.2021


15 noyabr, Fineko/abc.az “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin fəaliyyətində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla ayrı-ayrı vaxtlarda qeyd olunan cəmiyyətin direktoru vəzifəsində işləmiş Çərkəz Şirinov və Ramazan Hüseynovun  qanunsuz yollarla müəssisəyə aid pul vəsaitlərini mənimsəmələrinə, digər bu kimi cinayət əməllərini törədərək dövlətə ümumilikdə 157 min manat məbləğində maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib. Çərkəz Şirinov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bütün xəbərlər