Səhiyyə məntəqələrinin vəziyyəti yaxşı deyil - Dövlət Agentliyi rəsmisindən açıqlama

16:53 - 15.11.2021


15 noyabr, Fineko/abc.az . Vaxtilə Azərbaycanda səhiyyə ilə bağlı bir çox göstəricilər aşağı olub. Bu baxımdan islahatlara ehtiyac duyulub, ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb". ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda deyib. "Azərbaycanda icbari tibbi sığorta 2 ildir ki, tətbiq olunur. Hazırda ölkədəki səhiyyə işçilərinin 60%-i Bakıdadır, yəni regionlarda işçi çatışmazlığı var. Bundan başqa, həm paytaxtda, həm də bölgələrdə xeyli sayda yeni xəstəxana binası tikilsə də, vəziyyəti yaxşı olmayan xəstəxanalar hələ də var. Onlarla xəstəxana sökülməli və yenidən inşa edilməlidir. İlkin səhiyyə məntəqələrinin də vəziyyəti yaxşı deyil. Ölkəmizin maliyyə baxımından sıxıntısı yoxdur, zamanla bağlı sıxıntısı var. Bütün bunların qısa zamanda həyata keçirilməsi üçün dövlətin gücü kifayət deyil. Bu baxımdan düşünürük ki, dövlət - özəl sektor tərəfdaşlığı bu yöndə bizə dəstək ola bilər", - deyə o, qeyd edib.
Bütün xəbərlər