Ağacları kəsən şirkətə qarşı cinayət işi açıldı

17:34 - 15.11.2021


15 noyabr, Fineko/abc.az. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağacların kəsilməsi faktı müəyyən edilib. ABC.AZ  xəbər verir ki, bunu Xidmət rəsmisi Vaqif Cavadov bildirib. O qeyd edib ki, araşdırma zamanı “Xəzər İnşaat-XXI Əsr” MMC tərəfindən sözügedən ünvanda beş mərtəbəli binanın söküntüsü işləri aparılan zaman ərazidəki ağacların kəsildiyi və təbiətə 26 580 manat məbləğində ziyan dəydiyi məlum olub: "Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
Bütün xəbərlər