ABŞ-da kömür kəskin bahalaşıb - 90 dollara yüksəldi

10:44 - 16.11.2021


16 noyabr, Fineko/abc.az   Qlobal olaraq yaşanan enerji böhranı səbəbilə kömürə olan tələb artıb.

ABC.AZ xəbər verir ki, kömürə enerji çətinliyilə əlaqədar olaraq ABŞ-da tələbat artıb. Sözügedən ölkədəki kömür qiymətləri 2009-cu ildən bu yana ən yüksək səviyyəyə çatıb.

Belə ki, kömürün qiymətləri keçən həftə 10 dollardan çox artaraq tonu 90 dollara yüksəlib.

Bütün xəbərlər