Düşmən sərhəddimizdə ağır artileriyadan istifadə edir - Döyüşlər gedir

14:22 - 16.11.2021


 16 noyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

 Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

Bütün xəbərlər