Büdcədə kəsir gözlənilirdi, qalıq yaranıb - Nazirdən açıqlama

14:38 - 16.11.2021


16 noyabr, Fineko/abc.az 9 ayda dövlət büdcəsinin kəsiri 839 milyon manat proqnozlaşsa da, faktiki olaraq 160 milyon manat qalıq yaranıb.

ABC.AZ-ın məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında bildirib.

O qeyd edib ki, bu ilin sonuna büdcə gəlirlərinin təsdiq olunmuş göstəriciyə nisbətən 6 % və yaxud 1,5 milyard manat çox, büdcə xərcləri isə 5% və yaxud 1,2 milyard manat az icra olunacağı proqnozlaşdırılır. "Bu isə ARDNF-dən büdcəyə nəzərdə tutulan transfertin tam istifadə olunmayacağını deməyə əsas verir" deyə S. Şərifov qeyd edib.

Bütün xəbərlər