"Azərsu" kanalizasiya xətlərində təmizləmə işlərinə başlayıb

16:20 - 16.11.2021


16 noyabr, Fineko/abc.az “Azərsu” ASC intensiv yağıntıların kanalizasiya sistemlərinin fəaliyyətinə yaratdığı problemlərin aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. 

ABC.AZ xəbər verir ki, tədbirlər planına uyğun olaraq cari ilin avqust ayından başlayaraq Bakı şəhərinin 630 km tullantı su xətlərində, 42 mindən çox baxış quyusunda və barmaqlığında, təmizləmə işləri aparılıb. 

Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında, həmçinin Sumqayıt və Xırdalan şəhərlərində subasma riskləri olan nöqtələr müəyyən edilərək təmizləmə işlərinə başlanılıb. Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir. 
Eyni zamanda kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti bir daha yoxlanılır, ehtiyac olan nasoslarda və digər hidrotexniki qurğularda sazlama işləri aparılır.

Bütün xəbərlər