“AZAL” Əl-Küveyt şəhərinə uçuşlar yerinə yetirməyə başlayır - Gələn aydan etibarən

17:26 - 16.11.2021


16 noyabr, Fineko/abc.az  “Azərbaycan Hava Yolları” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportundan Küveytin paytaxtı Əl-Küveyt şəhərinə və geriyə xüsusi reyslər yerinə yetirməyə başlayır.

ABC.AZ-ın məlumatına görə, Bakı – Əl-Küveyt – Bakı marşrutu üzrə birbaşa reyslərin 15 dekabr tarixindən həyata keçirilməsi nəzərdə tutulur.

Reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri Airbus A319 hava gəmisində yerinə yetiriləcək. Sərnişin Əl-Küveytdən Bakıya uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun  həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir.

Bütün xəbərlər