Rusiyanın Müdafiə naziri Azərbaycanın Müdafiə nazirinə zəng edib

22:51 - 16.11.2021


16 noyabr, Fineko/abc.az.  Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan

Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Bu barədə ABC.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.
Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.

Bütün xəbərlər