İsrail Azərbaycanın kənd təsərrüfatı sahəsinə maraq göstərir 17 noyabr, Fineko/abc.az

11:11 - 17.11.2021


İsraillə Azərbaycan aqrar tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, aqrar təhsil sahəsində əməkdaşlıq, universitetlər arasında tələbə və müəllim mübadiləsi, ticarət dövriyyəsinin artırılması məsələlərini müzakirə edib.

ABC.AZ-ın məlumatına görə, tərəflər Azərbaycan və İsrail şirkətlərinin kənd təsərrüfatı üzrə ixtisaslaşmış sərgilərdə qarşılıqlı iştirakı barədə də fikir mübadiləsi aparıblar.

Bildirilib ki, İsrail şirkətləri “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakda maraqlıdır və gələn ildən bu sərgidə daha geniş tərkibdə iştirak edəcəklər.

Bütün xəbərlər