Yoluxanların sayı açıqlandı - Statistika

17.11.2021,16:36


17 noyabr, Fineko/abc.az.  Azərbaycanda bu gün koronavirus infeksiyasına 2025 yeni yoluxma faktı qeydə alınıb, 2267 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, son sutkada 22 nəfər COVID-19-dan dünyasını dəyişib.