“Silk Vey Vest Aviaşirkəti”nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

10:01 - 18.11.2021


 18 noyabr, Fineko/abc.az.  Noyabrın 19-da “Bakı Fond Birjası” QSC-də (BFB) “Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, Birjanın Listinq Komitəsinin qərarı ilə ümumi dəyəri 25 milyon ABŞ dolları olan istiqrazlar standart bazar seqmentində listinqə daxil edilsə də, sonradan aviaşirkət Azərbaycan Mərkəzi Bankına müraciət edərək istiqrazların sayının 60% azaldılmasını istəyib və bu müraciət nəzərə alınıb. 

Beləliklə, hərraca hər birinin nominal dəyəri 1 000 dollar olan 10 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılacaq. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək, 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Bütün xəbərlər