Azərbaycanda dərman istehsalı kəskin artıb - Statistika

11:56 - 18.11.2021


18 noyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-oktyabr aylarında 8.6 milyon manat dəyərində əczaçılıq məhsulu istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 90.2% çoxdur.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin əvvəlindən bu məhsulların istehsalında artım müşahidə olunmuş, may ayında istehsal kəskin artmış və sonrakı aylarda da bu artım davam etmişdi. İlin sonunda istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən  10.7 dəfə çox olmuşdu. 2021-ci ilin ilk ayında da ötən il ilə analoji müqayisədə istehsal 10.4 dəfə çox oldu. Daha sonra da ardıcıl aylar ərzində müvafiq olaraq 9.6 dəfə, 7.3 dəfə, 6 dəfə, 4.4 dəfə, 3.1 dəfə, 88.3%, 62.1% və 88.8% çox istehsal qeydə alınıb.

Bütün xəbərlər