Bakı Fond Birjasında yeni qaydalar təsdiq olundu

12:33 - 18.11.2021


18 noyabr, Fineko/abc.az . "Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili” qaydaları təsdiq olunub.

ABC.AZ-ın məlumatına görə, yenilənmiş qaydalara əsasən listinqlə bağlı sənəd dövriyyələri azaldılıb.

Yerli hüquqi şəxsin mülkiyyətində olan xarici qiymətli kağızların Birjada ticarətə buraxılması yenilənmiş listinq qaydalarında öz əksini tapıb. Son olaraq, yenilənmiş qaydalarda əsas bazar seqmentinin adında dəyişiklik edilmiş “əsas” sözü “premium” sözü ilə əvəz olunub.

Bütün xəbərlər