"Ultra-LTD" MMC şirkətinə qarşı cinayət işi açıldı - Xaricdəki pulları geri qaytarmayıb

14:18 - 18.11.2021


18 noyabr, Fineko/abc.az . "Ultra-LTD" MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində pul vəsaitinin müvəkkil bankda olan hesaba köçürülməməsi ilə bağlı daxil olan material üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan ABC.AZ-a daxil olan məlumata görə,  həmin MMC-nin rəhbərliyi tərəfindən 2017-ci ilin mayın 8-dən dekabrın 20-dək olan müddət ərzində xarici ölkələrdə qeydiyyatda olan müxtəlif MMC-lərlə aralarında bağlanılan alqı-satqı müqavilələri əsasında 13 gömrük bəyannaməsi əsasında həmin ölkələrə saflaşdırılmış qurğuşun məhsulları konsiqnasiya yolu ilə ixrac edilməklə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilib və ölkəmizin müvəkkil edilən bankların hesablarına məcburi qaydada köçürülməli olan ümumilikdə 635 min ABŞ dolları məbləğində külli miqdarda xarici valyuta vəsaiti xaricdən qaytarılmayıb.

Faktla bağlı rayon prokurorluğunda  cinayət işi başlanıb.

Bütün xəbərlər