Ermənistan Tovuzu yenə atəşə tutdu - İtki yoxdur

15:45 - 18.11.2021


18 noyabr, Fineko/abc.az . Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bütün xəbərlər