Rusiya Azərbaycana kapitalını artırır - Detallar

16:17 - 18.11.2021


18 noyabr, Fineko/abc.az . Keçmiş SSRİ ölkələrinə xarici investisiyaların həcmi 2020-ci ilin sonunda təxminən 46 milyard dollar təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu Avrasiya İnkişaf Bankının (EİB) hesabatında qeyd edilib.

Bunun da 37 milyard dolları Rusiya investisiyalarının payına düşüb. Rusiya investorları MDB ölkələrində, ilk növbədə Özbəkistan və Azərbaycanda kapital qoyuluşlarını artırır, Ukraynada investisiya fəaliyyətini kəskin şəkildə məhdudlaşdırırlar.

Belə ki, Rusiyadan birbaşa xarici investisiyalar Özbəkistana 2,1 dəfə artaraq 9 milyard dollar, Azərbaycana 1,2 dəfə artaraq 4,2 milyard dollar təşkil edib.

Bütün xəbərlər