Azərbaycanda 10 ayda 1862 avtomobil istehsal edilib - Say artıb

16:32 - 18.11.2021


18 noyabr, Fineko/abc.az 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1862 ədəd minik avtomobili istehsal edilib. Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 24,4% artıb. Yanvarda 96, fevralda 120, martda 192, apreldə 100, mayda 145, iyunda 142, iyulda 145, avqustda 274, sentyabrda 246, oktyarda 346 ədəd avtomobil istehsal edilib. Beləliklə, oktyabrda avtomobil istehsalı 2021-ci ilin əvvəlindən rekord səviyyədə olub.
Bütün xəbərlər