Bir gündə 36 minə yaxın vaksin vurulub

16:58 - 18.11.2021


18 noyabr, Fineko/abc.az . Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 699 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 700, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 120 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 10 201 533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 038 225, ikinci mərhələ üzrə 4 505 772, “buster” doza üzrə isə 657 536 nəfər təşkil edir.
Bütün xəbərlər