Nazirlik tender keçirir

19.11.2021,10:30


19 noyabr, Fineko/abc.az.  Kənd Təsərrüfatı Nazirliyi “Aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala tələbatını, istehsalçıların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan portalın yaradılması”nın satın alınması üçün tender elan edir.

Tenderdə iştirak haqqı 50 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 09.12.2021 11:00  tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17.12.2021 18:00 qədər təqdim etməlidirlər.

Telefon: (994 12) 498-89-14 (daxili: 1328)
Əlaqələndirici şəxs: Turan Hümbətli