Gürcüstanla ticarər dövriyyəmiz artıb - Hesabat

11:51 - 19.11.2021


19 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 892 miylon 123,5 min ABŞ dolları təşkil edib

 ABC.AZ xəbər verir ki, Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi hesabatında bildirilib.

Bu da illik müqayisədə 126 milyon 91,2 min dollar və ya 16,5% çoxdur.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 448 miylon 743,6 min dollarlıq mal və məhsullar idxal edib. Bu isə illik ifadədə 11,8% çoxdur.  Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 21,6% artaraq 443 milyon 379,9 min dollara bərabər olub.

Bütün xəbərlər