Prezident açılışda - Biləcəri deposu istifadəyə verildi

12:01 - 19.11.2021


19 noyabr, Fineko/abc.az.  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni Biləcəri lokomotiv deposunun açılışı olub.

ABC.AZ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib. QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə yeni Biləcəri lokomotiv deposunda yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, yeni depoda lokomotivlərin texniki baxışı və təmiri işləri aparılacaq. MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan bu cür deponun istifadəyə verilməsi 4-cü sənaye inqilabına keçidlə bağlı atılan addımlardan biridir. Deponun üzərində günəş panelləri quraşdırılıb ki, alınan enerji depoda istifadə olunur.

Bütün xəbərlər