Gürcüstan Azərbaycan qazının idxalını azaldıb - Hesabat

14:39 - 19.11.2021


19 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycandan 162 milyn 855,62 min ABŞ dolları dəyərində 1 081 835,94 ton qaz idxal edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında qeyd olunub.

Bildirilir ki, cari ilin ilk on ayı ərzində Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 41 milyon 758,6 min dollar və ya 20,4%, həcmi isə 191 797,78 ton və ya 15,05% azalıb. Belə ki, ötən il Gürcüstan Azərbaycandan 204  miylon 614,22 min dollar dəyərində 1 273 633,72 ton qaz idxal edib.

Bütün xəbərlər