Əmlak və torpaq vergisindən dövlət büdcəsinə bu qədər vəsait daxil olub

15:42 - 19.11.2021


19 noyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 139.4 milyon manat əmlak vergisi, 28.2 milyon manat torpaq vergisi daxil olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 5.3% və 13.3% çoxdur.

DSK-dan bildirilir ki, hesabat dövründə dövlət büdcəsinin gəlirlərinin 0.78%-ini əmlak, 0.16%-ini torpaq vergisi təşkil edib. ÜDM-də əmlak vergisinin payı 0.22%, torpaq vergisinin payı isə 0.04% olub. Müəllif: Elmir Murad

Bütün xəbərlər