“Azexport.az” Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

15:50 - 19.11.2021


19 noyabr, Fineko/abc.az . ”Azexport.az” internet portalı  və “Tradevalley.com” portalı arasında görüş baş tutub.

ABC.AZ-ın məlumatına görə, görüşdə bildirilib ki, “Tradevalley.com” portalı sahibkarlara rəqəmsal ticarət sahəsində məhsul təftişi, tərcümə, marketinq, hüquq, maliyyə və logistika xidmətləri təqdim edir. 

“Tradevalley.com” portalı ilə əməkdaşlığın genişləndirilməsinin və birgə layihələrin icrasının vacibliyi vurğulanıb. 
Sonda rəqəmsal ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə anlaşma memorandumunun imzalanmasına dair ilkin razılığ əldə olunub.

Bütün xəbərlər