Gömrük Komitəsi 10 ayda büdcəyə 3,5 milyard manat vəsait köçürüb

17:03 - 19.11.2021


19 noyabr, Fineko/abc.az. Hər il “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət Gömrük Komitəsi (DGK) üçün illik büdcə öhdəliyi müəyyən edilir. Komitə üçün bu il 3 milyard 900 milyon manat büdcə proqnozu müəyyənləşdirilib.
Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev  müsahibəsində deyib.

O bildirib ki, cari ilin 10 ayı ərzində gömrük orqanlarının xətti ilə 3 milyard 185 milyon manat proqnoza qarşı 3 milyard 560,3 milyon manat olmaqla, 375,3 milyon manat artıq gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və 10 aylıq büdcə öhdəliyi 111,78 faiz yerinə yetirilib.

© Azertag

Bütün xəbərlər