Azərbaycandan Rusiyaya pomidor ixracı bundan sonra belə olacaq - Detallar

22.11.2021,10:14


22 noyabr, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında Moskva şəhərində keçirilən görüşdə bir sıra məhdudiyyətlərin aradan qaldırılması və idxal-ixrac prosedurlarının sadələşdirilməsi istiqamətində qərarlar qəbul edilib.

ABC.AZ xəbər verir ki,  pomidor istehsalı təsərrüfatlarına ixrac icazəsinin verilməsi ilə əlaqədar Rusiya tərəfindən aparılan videomonitorinqlər ləğv olunub.

Bununla da cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə Rosselxoznadzorun ixrac icazəsi birbaşa AQTA-nın zəmanət məktubuna əsasən veriləcək.
Həmçinin aşağı riskli bitkiçilik məhsulları müəyyən edilərək, Rusiyaya ixrac zamanı fitosanitar nəzarəti baxımından yaşıl dəhlizə salınması təmin olunacaq.