İranla avtomobil hissələrinin istehsalı sahəsində əməkdaşlıq edə bilərik - Baş Nazirin müavini

10:44 - 22.11.2021


 22 noyabr, Fineko/abc.az.  Azərbaycan İrandan kənd təsərrüfatı texnikası almaq, eləcə də İranla birlikdə avtomobil ehtiyat hissələri istehsal etmək niyyətindədir.

ABC.AZ xəbər verir ki, barədə baş nazirin müavini Şahin Mustafayev İrana səfəri və Tehranda keçirilən Azərbaycan-İran birgə komissiyasının iclarında çıxış edərkən bildirib.

Şahin Mustafeyev deyib ki Azərbaycan-İran komissiyasının iclası bundan sonra daha tez-tez keçiriləcək. Onun sözlərinə görə, iki ölkə ticarət əlaqələrini daha da genişləndirə bilər, bundan başqa müzakirədə bir sıra enerji layihələri var. Baş nazirin müavini bildirib ki, Azərbaycan tərəfi İranla avtomobil hissələrinin istehsalı sahəsində əməkdaşlıq edə bilər. Bundan başqa, Azərbaycan İrandan kənd təsərrüfatı texnikasının idxalını müzakirə edə bilər.

Bütün xəbərlər