"Bitcoin City" tikiləcək - Latın Amerikasında

11:01 - 22.11.2021


22 noyabr, Fineko/abc.az. Salvador “Bitcoin City” şəhərinin tikintisi üçün istifadə edəcəyi dünyanın ilk bitkoin istiqrazlarını buraxacaq.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nayib Bukele kriptovalyutaların təşviqi ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

Bildirildiyi kimi, Salvador blokçeyn şirkəti “Blockstream” ilə 1 milyard dollarlıq bitkoin istiqrazlarının yerləşdirilməsi haqqında müqavilə bağlayıb. Onların satışından əldə edilən gəlirin yarısı bitkoinə çevriləcək, digər hissəsi isə şəhərin infrastrukturuna və vulkan enerjisi ilə işləyən mədən stansiyalarına xərclənəcək.

Bütün xəbərlər