“Fitch" SOCAR-ın reytinqini təsdiqləyib

11:21 - 22.11.2021


22 noyabr, Fineko/abc.az.  “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqini “Stabil”proqnozu ilə “BB+” səviyyəsində təsdiq edib.
Bu barədə agentliyin açıqlamasında bildirilir.

“SOCAR tamamilə dövlətə məxsusdur və onun reytinqi dövlətlə əlaqəli şirkətlərin reytinq meyarlarına (GRE) uyğun olaraq Azərbaycanın reytinqinə bərabərləşdirilib. Reytinq SOCAR-a verilən maliyyə zəmanətləri, pul köçürmələri və kapital qoyuluşları formasında dövlət dəstəyi, o cümlədən şirkətin sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyəti ilə əsaslandırılır”, - deyə məlumatda bildirilir.

“Fitch" şirkətin statusu, mülkiyyəti və nəzarəti qiymətləndirir və uçot faktorlarını dəstəkləyir, eləcə də GRE-nin defoltunun "Güclü" olmasının sosial-siyasi və maliyyə nəticələrini 30 balla qiymətləndirir.

Bundan başqa, “Fitch” bildirir ki, kəşfiyyat və hasilat seqmenti SOCAR-ın gəlirlərinin əsas drayveridir.

“Azərbaycanda neft-qaz layihələrinin əksəriyyəti hasilatın pay bölgüsü haqqında sazişlərə uyğun olaraq həyata keçirilir. Bu layihələrdə SOCAR minoritar paketə malikdir. Həmçinin SOCAR dövlətin təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi kimi bir sıra digər iri enerji layihələrində pay sahibidir”, - məlumatda bildirilir.

© Report

Bütün xəbərlər