Sənaye zonalarında indiyədək 5 mlrd. manatlıq məhsul edilib

11:38 - 22.11.2021


22 noyabr, Fineko/abc.az.  İndiyədək sənaye zonalarında 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 55-i fəaliyyətə başlayıb.

Azərbaycanın sənaye məhsulları 30-dan çox ölkəyə ixrac edilir

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,2 mlrd. manatdan çox investisiya yatırılıb və 9500-dək iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln. manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonaları üzrə indiyədək ümumilikdə 5 mlrd. manatlıq məhsul istehsal edilib ki, bunun 1,4 mlrd. manatı (təqribən 28 %-i) ixrac olunub.

Bütün xəbərlər