Sənədsiz evlərlə bağlı yenilik - Vergiyə cəlb edilməyəcəklər

14:23 - 22.11.2021


22 noyabr, Fineko/abc.az. Bəzi binalar üzrə sənədləşmənin olmaması səbəbindən vətəndaşlar həmin yaşayış sahələrini satarkən onlardan vergi tutulurdu.

ABC.AZ-ın məlumatına görə, artıq problemin həlli üçün addımlar atılır.

Belə ki, həmin yaşayış sahəsində azı 3 təqvim ili ərzində yaşamasını təsdiq edən sənədlər (kommunal təşkilatların arayışları) olduğu halda, onun sadələşdirilmiş vergiyə cəlb edilməməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər