Şahdəniz 1 və 2 qurğularının gündəlik hasilat gücü nə qədərdir?

14:32 - 22.11.2021


22 noyabr, Fineko/abc.az.  Şahdəniz 2 şimal cinahında beşinci quyudan hasilata başlayıb.

BTQ xətti ilə daşınan yüklər artıb - 154 min 836 tona çatıb

ABC.AZ-ın məlumatına görə, mövcud Şahdəniz 1 və 2 qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir. 2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatıb.

İlin ilk üç rübündə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.

Bütün xəbərlər