Pfizer/Biontech preparatından istifadənin müddəti uzadıldı - Nazirlik məlumat yaydı

15:17 - 22.11.2021


22 noyabr, Fineko/abc.az Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərib. ABC.AZ-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Verilən məlumata görə, məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir.
Bütün xəbərlər