BTQ xətti ilə daşınan yüklər artıb - 154 min 836 tona çatıb

16:22 - 22.11.2021


 22 noyabr, Fineko/abc.az.  Qars Logistik Mərkəzi aktiv fəaliyyət göstərir və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə daşımaların həcminin artmasına müstəsna təsirə malikdir.

Şahdəniz 1 və 2 qurğularının gündəlik hasilat gücü nə qədərdir?

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Cari ildə noyabrın 19-dək BTQ xətti ilə ümumilikdə 262 qatar, 26 min 214 konteynerlə 1 milyon 419 min 686 ton yük daşınıb. Göründüyü kimi BTQ xətti ilə daşınmaların ümumi həcmi günbəgün artır.

Qeyd edək ki, 2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu ilə cəmi 78 min ton yük daşındığı halda, cari ilin eyni dövründə BTQ xətti ilə daşınan yüklərin çəkisi 154 min 836 tona çatıb.

Bütün xəbərlər